Əvvəl arvadını, sonra özünü güllələdi
Bizi izləyin

Hadisə

Əvvəl arvadını, sonra özünü güllələdi

Sabirabad rayonunda ər arvadını güllələyib.

Report-un xəbərinə görə, hadisə rayonun Ulacalı kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Azad Alışov ov tüfəngi ilə həyat yoldaşı - 1983-cü il təvəllüdlü Sədaqət Alışovanı güllələyib. Daha sonra A.Alışov həmin tüfənglə özünə də xəsarət yetirib.

Hər iki yaralı ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm