6 ayda 20 partlayış, 5488 yanğın - STATİSTİKA
Bizi izləyin

Hadisə

6 ayda 20 partlayış, 5488 yanğın - STATİSTİKA

2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 76 nəfər xilas edilib, 517 nəfər təxliyə olunub.

Publika.az xəbər verir ki, bütün bunlar Fövqəladə Hallar Nazirliyinin (FHN) 2015-ci ilin 6 ayında açıqIadığı fövqəladə hadisələrin statistikasında yer alıb.

FHN-dən verilən məlumata görə, 2015-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5488 çıxış edilib. Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 846 çıxış, açıq sahələrdə yanğınlar – 3364 çıxış, nəqliyyat vasitələrində yanğınlar – 204 çıxış, digər yanğınlar – 1074 çıxış təşkil edib. Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 105 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə 45 nəfər və ya 75% çoxdur.

İlin I yarısında respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

2015-ci ilin ilk yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib, bu isə da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm