Bir gündə 3 nəfər dənizdə boğuldu
Bizi izləyin

Hadisə

Bir gündə 3 nəfər dənizdə boğuldu

Zərdab rayon sakini Sabir Yediyarov çayda çimərkən boğulub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə iyulun 29-da rayonun Gəlmə kəndində qeydə alınıb. Sabir Yediyarovun meyiti sudan çıxarılıb.

Digər bədbəxt hadisə Sumqayıt dəniz çimərliyində qeydə alınıb. Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimərkən boğulmaqda olan tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanı və bacısı Gülbənizi xilas etmək istəyib. Nəticədə, Nuranə Musayeva və Qüdrət Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm