FHN axtarışa başladı
Bizi izləyin

Hadisə

FHN axtarışa başladı

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən suda batmış iki nəfərin axtarışına başlanılıb.

Publia.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində kanalda bir nəfər batıb. Nazirliyin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanıb.

Digər suta batma hadisəsi isə Sabirabad rayonunda baş verib. “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Xankeçən kəndində bir nəfər çaya düşüb.

FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm