Azərbaycanlıların olduğu təyyarə qəzaya uğradı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanlıların olduğu təyyarə qəzaya uğradı - FOTO/VİDEO

İyunun 31-də axşam saatlarında Moskvanın Domodedovo aeroportunda həyacanlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, qabaq şassisi açılmayan Embraer şərnişin təyyarəsi qəzalı eniş edib. Xoşbəxtlikdən içində azərbaycanlıların da olduğu təyyarədə xəsarət alan olmayıb. Ulyanovsk-Moskva reysini yerinə yetirən təyyarənin içində 33 nəfər olub. Sərnişin və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Qəzalı enişdən sonra sərnişinlər həkim nəzarətindən keçərək aerovoğzal kompleksinə aparılıb.


Təyyarənin qəzalı enişi

Pilotların ustalığı sayəsində böyük faciənin qarşısı alınıb. Onlar təyyarəni yalnız arxa şassi ilə yerə endirməyi bacarıb. Pilotlar nasazlıq barədə qabaqcadan dispeçerlərə məlumat veriblər. Sərnişinlər arasında iki azərbaycanlının olduğu və bunlardan birinin Qurbanova soyadlı olduğu məlumdur.



Embraer EMB 120 - kiçik turbovintli sərnişin təyyarəsidir. Embraer bortu otuz sərnişinə qədər daşıya bilər. Bortun uzunluğu və qanadın imkanı təxminən 20 metr təşkil edir, maksimal surət - 550 km/saat. Tam dolu çənlə təyyarə iki min kilometrə qədər uçmağa qaidrdir.


Embraer EMB 120 - kiçik turbovintli sərnişin təyyarəsi

Rusiyada bu tip layner bir neçə aviaşirkət tərəfindən sərnişin daşınmaları üçün fəal istifadə olunur. Amma indi Embraer yalnız yerli hava xətlərində "Ruslayn" aviaşirkəti tərəfindən daha çox istifadə olunur. Model 1983-cü ildən 2001-ci ilə qədər Braziliyada istehsal edilirdi. Bu vaxt ərzində onlardan yalnız 350 ədəd düzəldilib. Bu modelin təyyarələri istehsal olunandan bəri 20-dən çox qəza keçirib. Bu qəzalar zamanı 150 dən çox insan həlak olub.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm