Hadisə
Sələfi liderinə ölkəni tərk etmək qadağası qoyuldu? - Açıqlama

Azərbaycan sələfilərinin liderlərindən olan Əlixan
Musayevin ölkəni tərk etməsinə qadağa qoyulub.
Publika.az-a daxil olan məlumata görə, Ə.
Musayev dünən gecə hava limanından geri qaytarılıb. Ona bildirilib
ki, sizin ölkəni tərk etməyinizə qadağa qoyulub. Məlumatda o da
deyilir ki, Ə. Musayev həbs oluna bilər.
Ə. Musayevin özü isə Publika.az-a açıqlamasında
məlumatı təkzib edib.
“Mənimlə bağlı heç bir qadağa yoxdur. Ramazan bayramında
Türkiyəyə gedib-gəlmişəm. Dünən gecə də ölkədən getmək fikrim
olmayıb. Mənim qohumum olan Ləzgi məscidinin imamı Mübariz Qarayev
qadağan olunmuş kitab payladığı üçün 6 ay öncə həbs olunub. Lakin
mənimlə bağlı hələlik heç bir problem yoxdur”, - deyə sələfi lideri
bildirib.
Asif Nərimanlı

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi