Zərdabda yanğın: 15 baş heyvan tələf oldu
Bizi izləyin

Hadisə

Zərdabda yanğın: 15 baş heyvan tələf oldu

Avqustun 3-dən 4-nə keçən gecə Zərdabda güclü yanğın olub.

Zərdab rayonu, Məmmədqasımlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 50 ton ot bağlamasının 20 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın zamanı tövlədə olan 11 baş xırdabuynuzlu, 4 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm