Dənizdə iki nəfər batdı
Bizi izləyin

Hadisə

Dənizdə iki nəfər batdı

Sumqayıtda iki gənc dənizdə batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub.

E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:38-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm