Azərbaycanda borca görə 73 yaşlı qoca güllələndi
Bizi izləyin

Hadisə

Azərbaycanda borca görə 73 yaşlı qoca güllələndi

Azərbaycanda borc üstündə mübahisə güllələnmə ilə nəticələnib. “Report”un xəbərinə görə, hadisə Ağcabədi rayonunda baş verib.

Belə ki, 1942-ci il təvəllüdlü İdris Əhmədov 1971-ci il təvəllüdlü Əli Əliyev tərəfindən güllələnib.

Güllələnən İ.Əhmədov hadisəni törədən Ə.Əliyevə borca pul veribmiş. Lakin pulunu vaxtında geri ala bilməyən İ.Əhmədovla Ə.Əliyev arasında mübahisə yaranıb. Mübahisə cinayətlə nəticələnib.

Qeyd edək ki, hadisəni törədən Əli Əliyev polislər tərəfindən saxlanılıb və ondan hadisədə istifadə etdiyi “TOZ” markalı tüfəng götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm