49 ədəd televizor oğurlayan dəstə ələ keçdi
Bizi izləyin

Hadisə

49 ədəd televizor oğurlayan dəstə ələ keçdi

Avqustun 9-da B.Quliyevə məxsus anbardan 49 ədəd televizor oğurlamış şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlamış orada mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev həbs ediliblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm