Hadisə
Bakıda polisə od vurdular – BANKDA İNSİDENT

Bakıda banka borcu olan kişi qəzəbini polisdən çıxıb. O, borcuna görə əvvəl özünü öldürmək istəyib, sonra isə polisə od vurub.
Milli.Az xəbər verir ki, bir ay əvvəl Hacıqabul sakini, 36 yaşlı Niyaz Müzəffərovun "AzSamand" markalı avtomobilini "Nikoyl Bank" borca görə əlindən alıb. Hiddətlənən N.Müzəffərov ötən gün əlində içərisində benzin olan plastik qabla bankın Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən binasına gəlib. Bankda xidmət aparan 22 yaşlı mühafizə polisi Elgün Əsədov onun qarşısını almaq istəyib.
Polis serjantı N.Müzəffərovun əlində olan plastik qaba təpiklə vurduqda, benzin elə öz üzərinə dağılıb. N.Müzəffərov isə əlində olan alışqanı yandıraraq polis nəfərinin üstünə atıb. Polis yanmağa başlayıb.
Onu söndürərək yaxınlıqdakı Dəmir Yol Xəstəxanasına çatdırıblar. Sifətin I və II dərəcəli termiki yanıq xəsarətləri alan E.Əsədov sonradan Daxili İşlər Nazirliyinin Hospitalına göndərilib. İnsident zamanı N. Müzəffərov da hər iki qolundan yüngül yanıq xəsarəti alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq