Şantajla 1500 manat tələb etdi, tutuldu
Bizi izləyin

Hadisə

Şantajla 1500 manat tələb etdi, tutuldu

Bakı sakini həmyerlisinə hədə-qorxu gələrək pulunu almaq istəyib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Məhəmməd Mütəllimzadə həmyerlisi L.Abdullayevanı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1500 manat almaq istəyib.

M.Mütəllimzadə həmyerlisinə hədə-qorxu gələrkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm