Bakıda iki qardaş bıçaqlandı, biri öldü
Bizi izləyin

Hadisə

Bakıda iki qardaş bıçaqlandı, biri öldü

Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.

Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm