Ermənilər kəndlərimizi atəşə tutdu, bir mülki şəxs yaralandı – VİDEO
Bizi izləyin

Hadisə

Ermənilər kəndlərimizi atəşə tutdu, bir mülki şəxs yaralandı – VİDEO

TTV (Region TV) xəbər verir ki, Ermənistan ordusu ötən gecə cəbhəboyu əraziləri iriçaplı silahlardan intensiv atəşə tutub. Düşmən ordusu xüsusən Tovuzun sərhəd kəndi olan Əlibəylini davamlı atəşə tutub. Həmişə olduğu kimi bu dəfə də hədəfdə yaşayış evləri və dinc sakinlər olub. Kənd sakinlərindən xəsarət alan var. TTV-nin xüsusi çəkiliş qrupu sözügedən kənddə olub. Onu da deyək ki, atışma başlayandan bitənədək təmas xəttində vəziyyət tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olub.

Ermənistan ordusu cəbhədə təxribatını davam etdirir. Düşmən ordusu axşam saatlarından başlayaraq cəbhəboyu əraziləri iriçaplı silahlardan, pulemyot və minaatanlardan, həmçinin qumbaraatanlardan da atəşə tutur. Düşmən əsasən Qazax, Ağstafa və Tovuz rayonları istiqamətlərində yerləşən yaşayış məntəqələrini hədəfə alır. Xüsusən Tovuzun Koxanəbi, Muncuqlu, Ağbulaq və Əlibəyli kəndləri intensiv atəşə tutulur. Ermənistan Silahlı Qüvvələrinin davamlı atəşi nəticəsində Tovuz rayonunun düşmənlə təmas xəttinə yaxın olan Əlibəyli kəndinə ciddi ziyan dəyib. İriçaplı silahlardan atılan mərmilər evlərin damlarını, pəncərələrini sıradan çıxarıb.

Ermənistan ordusunun atdığı mərmi bu dəfə də dinc sakinə dəyib. 64 yaşlı Əlibəyli kənd sakini Tofiq Kazımov qarın nahiyəsindən iki güllə yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub. Hazırda onun bədənindən mərminin çıxarılması istiqamətində əməliyyat aparılır.

Ermənistan ordusu kəndi daha çox adsız yüksəkliklərdən atəşə tutur. Ordumuz üzbəüz mövqelərdən düşmənə layiqli cavab verir. Cəbhəboyu ərazilər tam olaraq Silahlı Qüvvələrimizin nəzarətindədir. İnsident yaşanan bütün istiqamətlərdə ordumuz yüksək səviyyəli döyüş hazırlığına gətirilib. Düşmənlə təmas xəttindən ən son və obyektiv xəbərləri çatdırmaq üçün TTV-nin xüsusi çəkiliş qrupu cəbhəboyu ərazilərə ezam edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm