Qazaxda gərginlik: ermənilər kəndləri atəşə tutdu - FOTO
Bizi izləyin

Hadisə

Qazaxda gərginlik: ermənilər kəndləri atəşə tutdu - FOTO

Erməni silahlıları Qazax rayonunun kəndlərini atəşə tutdular.

Publika,az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, erməni silahlıları minaatan, qumbaraatan və iriçaplı pulemyotlardan da istifadə etməklə Qazaxın Kəmərli, Qaymaqlı, Aşağı Əskipara və Məzəm kəndlərini güclü atəşə tutublar.

Yaşayış məntəqələrində işıq gələn hissələri hədəf seçən düşmən yandırıcı güllələrlə atəş açaraq kənd sakini Nəsib Nəsibovun yaşayış evini və Hidayət Qurbanovun 500 bağ ot tayasını yandırıb. Bundan başqa, Məzəm kəndində bir avtomobil və xeyli sayda yaşayış evinə güllələr dəyib.

Kənd sakinləri bildirir ki, güclü atışma gecə düşən kimi başlayıb. Erməni silahlıları evləri atəşə tutub yandıraraq, daha sonra həmin əraziləri atəşə tutmaqla dinc sakinləri məhv etməyə çalışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm