Sumqayıtda yanğın: 20 sakin təxliyə olundu
Bizi izləyin

Hadisə

Sumqayıtda yanğın: 20 sakin təxliyə olundu

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm