Yasamalda mənzildən qadın meyiti tapıldı
Bizi izləyin

Hadisə

Yasamalda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq, 1952-ci il təvəllüdlü Aşurbekova Svetlana İldırımovnanın cəsədini aşkar ediblər. Meyit hüquq mühafizə orqanlarının müvafiq ekspertizalarından sonra aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:17-də başa çatıb.

İki gün əvvəl də paytaxtda oxşar hadisə qeydə alınmışdı. Bakı şəhəri, Nərimanov rayonunda 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm