Bakıda 450 min dollar oğurlayan dəstə tutuldu - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda 450 min dollar oğurlayan dəstə tutuldu - VİDEO

Özəl ofisdən içərisində 450 min ABŞ dolları pul olan dəmir seyfi gizli yolla talayan dəstənin 4 üzvü saxlanılıb.

Polis əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməlliyat-axtarış tədbiri həyata keçirib. Əməliyyat nəticəsində özəl ofislərdən birini soyan şəxslər saxlanıldı.

Binəqədi rayonunda yerləşən “Renesans İnşaat MTK”nın ofisinə qanunsuz daxil olaraq oradan içərisində 450 min ABŞ dolları pul olan dəmir seyfi gizli yolla talayan dəstənin 4 üzvü saxlanılıb. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri əvvəllər məhkum olunanlar - Pərviz Əliyev, Ramin Məhərrəmov, Əli Əhmədov, Müşfiq Hadıyev saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, ofisdə pul olması barədə dəstə üzvlərinə həmin şirkətdə işləyən Ramin Məhərrəmov məlumat verib. Saxlanılan şəxslər qurduqları plana əsasən 2-ci mərtəbədə yerləşən ofisə daxil olandan sonra seyfi özləri ilə gətirdikləri kəndir vasitəsi ilə pəncərədən yerə düşürərək avtomobillə Pərviz Əliyevin əvvəldən tanıdığı Nərimanov rayonu ərazisində yerləşən yarıdağılmış tikiliyə gətiriblər. Burada isə onlar seyfi qıraraq içərisində olan pulu ələ keçiriblər. Seyf polislər tərəfindən qeyd olunan ünvanda aşkar edilərək maddi sübut kimi götürülüb. Həmçinin dəstə üzvlərinin oğurluq yolu ilə əldə etdikləri pulun bir qismi onların yaşadıqları mənzillərdən tapılaraq istintaqa təqdim olunub. Dəstə üzvləri pulu öz aralarında böləndən sonra Pərviz Əliyev sərhədi keçərək, əvvəlcə Gürcüstana, daha sonra Türkiyə Respublikasına yola düşüb. O, Azərbaycana qayıdan zaman sərhəddə saxlanılaraq polis əməkdaşlarına təqdim edilib.

Pərviz Əliyev - saxlanılan şəxs: "Orada Raminlə bir yerdə işləyirdim. Soruşdum ki, Ramin, burada pul-zad olur, dedi ki, hə. Uşaqlara xəbər elədim ki, filan yerdə pul var, gedib götürək, çıxaq".

Əli Əhmədov - saxlanılan şəxs: "Pərviz dedi ki, belə bir seyf var, onu götürmək lazımdır. Biz də gedib 2-3 dəfə baxdıq. Axırıncıda götürüb apardıq Pərvizgilin həyətində zubil-çəkiclə vurub açdıq seyfi. Pulları götürdük, çıxıb getdik".

Faktla bağlı Cinayət Мəcəlləsinin müvafiq маddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm