Aytən Səfərovanı əri döydü, xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Hadisə

Aytən Səfərovanı əri döydü, xəstəxanaya yerləşdirildi

Neftçala rayonunun Qaçaqkənd kəndində ər arvadını döyərək ağır xəsarətlər yetirib.

"Report" xəbər verir ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Aytən İltifat qızı Səfərova ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaxınları tərəfindən Aytən Səfərova dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə o, travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta ağır olaraq qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm