Sumqayıtdakı qəzanı qadın törədib - 3 ölü, 2 yaralı
Bizi izləyin

Hadisə

Sumqayıtdakı qəzanı qadın törədib - 3 ölü, 2 yaralı

Sumqayıt şəhərində piyadavurma hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub.

Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayev və sürücü N.Kazımova isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

***

Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində “Hyundai” markalı avtomaşın yolun kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”-ın sürücüsü də xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm