Mənzildən 100 min manatlıq oğurluq edən tutuldu - Bakıda
Bizi izləyin

Hadisə

Mənzildən 100 min manatlıq oğurluq edən tutuldu - Bakıda

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Publika.az Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində

40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Seyfi oğurlmaqda şübhəli bilinən CM-nin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər RPŞ tərəfindən axtarışda olan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm