Məktəbdə bədbəxt hadisə: Şagirdin üstünə dəmir boru düşdü
Bizi izləyin

Hadisə

Məktəbdə bədbəxt hadisə: Şagirdin üstünə dəmir boru düşdü

Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 14 yaşlı məktəbli xəstəxanada ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm