
Cəlilabadda ana doğuş zamanı dünyasını
dəyişib.
Rayonun Alar kənd sakini, 1995-ci il təvəllüdlü Hətəmova Xoşbəxt
Fikrət qızı ilkin doğuş sancıları ilə Cəlilabad Mərkəzi rayon
Xəstəxanasına gətirilib.
Həkimlər gənc xanımın ilk hamiləliyi olduğunu əsas gətirərək
qeysəriyyə yolu ilə uşağı ana bətnindən götürüblər. Qız övladı
dünyaya gətirən ananın əməliyyatdan sonra halının qəfil pisləşməsi
onun ölümünə səbəb olub.
Mərhumun yaxınları işdə həkim səhlənkarlığının olduğunu
bildirirlər. Qeyd ediblər ki, X.Hətəmovanı əməliyyat edən həkim
onun özünə gəlməsini gözləmədən başqa əməliyyata girib.
Faktla bağlı araşdırma aparılır. (azadinform)