Hadisə
Avtobuslarda cibgirlik edən tutuldu - FOTO
Bakıda avtobuslarda cibgirlik edən şəxs tutulub.
Publika.az xəbər verir ki, Bakı şəhər BPİ Cinayət axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə məhkum olunan 1986-ci il təvəllüdlü Nəzərov Ramal Şahmar oğlu müəyyən olunaraq tutulub.
Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən içərisində 46 manat və sənədləri olan pul kisəsini gizli yolla talayıb. Eləcə də, sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manat oğurlamaqla təhlükəli əməllərini davam etdirib.
Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.
Gülnar Əliyeva
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ