Hadisə
“Finca Azerbaijan”da 86 min manatlıq cinayət - RƏSMİ
.jpg?v1656609476)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının vəzifəli şəxsinin qanunsuz əməlləri barədə həmin təşkilatdan daxil olmuş müraciəti araşdırıb.
Baş Prokurorluqdan Publika.az-a daxil olan məlumata görə, araşdırma zamanı qeyd olunan təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, habelə verilmiş kreditlər üzrə müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri, ümumilikdə 86 min manat məbləğində mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

-
Sosial20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Magazin119:37
Bu gün Rəqsanənin qızı Aysunun TOYUDUR - VİDEO
-
Dünya19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson
-
Nida Xəbər 18:45
İdxal olunan ətlərdən harada istifadə olunur?
-
Dünya18:38
Ərdoğan: "Gecikmələrə dözə bilmərik"
-
Dünya17:48
Dünya elmini şoka salan ...iki cəsəd – FOTO