Mingəçevirdə zirzəmiləri su basıb - FOTO
Bizi izləyin

Hadisə

Mingəçevirdə zirzəmiləri su basıb - FOTO

Mingəçevirdə yağan yağış fəsadlara yol açıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

Dərhal nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən həyətyanı sahələrə və zirzəmilərə yığılmış yağış suları su nasosları vasitəsilə çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm