Lerikdə 20 yaşlı qız özünü silahla vurdu - İNTİHAR
Bizi izləyin

Hadisə

Lerikdə 20 yaşlı qız özünü silahla vurdu - İNTİHAR

Lerik rayonunda gənc qız intihar edib.

Bu barədə “Report”a Lerik rayon Prokurorluğundan məlumat verilib.

20 yaşlı Çinarə Novruzova yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq boğaz nahiyəsindən özünə ağır xəsarət yetirib. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə yerindən “İJ-17” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm