Bakıda toyda ŞOK olay: Keçmiş qayınana gəlini toyda boğdu
Bizi izləyin

Hadisə

Bakıda toyda ŞOK olay: Keçmiş qayınana gəlini toyda boğdu

Oktyabrın 5-də Bakının məhşur şadlıq evlərinin birində baş tutan toyda şok olay yaşanıb.


AzNews.az xəbər verir ki, toyun ortasında gəlinin əvvəlki adaxlasının anası intiqam almaq üçün məclisə dəvətsiz təşrif buyurub. Onun bu gəlişi hər iki tərəfdə çaşqınlıq yaradıb.

Belə ki, gəlinin sabiq adaxlısının anası onun oğlu ilə birlikdə çəkdirdiyi şəkillərini bəyin qarşısına qoyub. Onun bu hərəkəti bəyi özündən çıxarıb. Evləndiyi qadının illər öncə başqası ilə çəkilmiş şəkillərini görən bəy masanın üstündəki boşqabları sabiq qayınanaya tərəf atıb.

Bəyin bu hərəkəti ortalığı bir az da qızışdırıb. Toya dəvətsiz gələn qadın gəlinə hücum çəkərək saçını yolub və boğmağa başlayıb.

Hadisəni belə görən qonaqar araya girərək hər iki tərəfi sakitləşdirib.

Nəticədə sabiq qayınana şəkilləri ilə birlikdə zaldan bayıra atılıb. Bundan sonra toy davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm