• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Zaqatalada 86 yaşlı qadını öldürən tutuldu: qatil əri imiş...

  • Hadisə
  • 6 Oktyabr 2015 13:40
  • 802 Baxış
Zaqatalada 86 yaşlı qadını öldürən tutuldu: qatil əri imiş...

Sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədi ilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparıblar.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxslərin heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və Xanpərinin hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə Xanpəri Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürülməsi müəyyən edilib və o tutulub.

Anar Tağıyev

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR