• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Keçmiş polis əməkdaşı saxlanıldı - narkotikə görə

  • Hadisə
  • 6 Oktyabr 2015 16:30
  • 925 Baxış
Keçmiş polis əməkdaşı saxlanıldı - narkotikə görə

Daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Anar Tağıyev

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR