“Fakt Araşdırıcı-N” MMC-nin 3 əməkdaşı barədə cinayət işi açıldı
Bizi izləyin

Hadisə

“Fakt Araşdırıcı-N” MMC-nin 3 əməkdaşı barədə cinayət işi açıldı

“Fakt Araşdırıcı-N” MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin üç əməkdaşı tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə 22 sentyabr 2015-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən mağazada yoxlama apararaq istifadə müddəti bitmiş ərzaq məhsulu satışına görə mağaza sahibini külli miqdarda cərimə etməmək və bu barədə aidiyyəti təşkilatlara məlumat verməmək müqabilində təmsil etdikləri cəmiyyətlə müqavilə bağlayıb qanunsuz ödəniş etdirməklə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Belə hallarla qarşılaşan vətəndaşlardan bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm