Hadisə
Baş Prokurorluq: Valideynlərini qəsdən öldürən şəxs həbs edilib
Oktyabrın 4-də Tərtər rayonunun Cəmilli kənd sakini, 1988-ci il təvəllüdlü Qurban Nəsibovun valideynlərini qəsdən öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçrilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Aparılmış istintaq zamanı 2013-cü ildən Tərtər Mərkəzi Rayon Xəstəxanasında “Reaktiv paranoid psixoz” diaqnozu ilə dispanser qeydiyyatında olan və əvvəllər məhkum edilmiş Qurban Nəsibovun qeyd edilən tarixdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində atası Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı yatdıqları çarpayıda küt alətlə vuraraq qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o tutularaq istintaqa cəlb edilib.
Q.Nəsibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ