Masallıda VƏHŞƏT: “Dedim ki, hamısını verirəm, ərimi öldürmə” - VİDEO
Bizi izləyin

Hadisə

Masallıda VƏHŞƏT: “Dedim ki, hamısını verirəm, ərimi öldürmə” - VİDEO

Masallı rayonunun Binə Xocavar kəndində 80 yaşlı Yasər və Rübabə Məmmədovların yaşadıqları evə daxil olan 3 maskalı şəxs, ev sahiblərinin əl-qolunu bağlayaraq, evdəki pulu və qızılı tələb ediblər.

Yasər kişi maskalıların yaşına və xəstəliyinə acımadan onu amansız şəkildə döydüyünü və evdəki pulu vermələrini tələb etdiyini deyir. Evi ələk-vələk edən oğruların əlinə bir şey keçməyəndə qoca qadının üstündəki zinət əşyalarına əl atıblar.

Rübabə Məmmədova - zərərçəkən: "Sepimi qırmaq istəyirdi, dedim ki, aç, qırma. Sırğalarımı çıxartdı. Dedim ki, könüllü verirəm hamısını, ananın südü kimi halal olsun, ancaq ərimi öldürmə. Sonra boynuma, üzümə bərkdən vurdu, indi də damarlarım ağrıyır".

Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırmalara başlansa da, hələlik saxlanılan yoxdur. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm