İdarənin borusu partladı, metronu su basdı
Bizi izləyin

Hadisə

İdarənin borusu partladı, metronu su basdı

Metronun “Elmlər Akademiyası” stansiyasını su basıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında problemin su borusunun partlamasından qaynaqlandığını bildirib:

“Həmin stansiyanın üzərində “Bakı Metropoliteni” QSC-nin inzibati binası yerləşir. Binanın su borusu partlayıb, nəticədə metroya su sızıb. Su eskalatorların üzərinə axıb. Lakin əməkdaşlarımız borunu bərpa edərək axan suyun qarşısını alıblar”.

N.Paşayev artıq problemin tam aradan qaldırıldığını, hərəkətdə heç bir problem olmadığını deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm