Doğuş zamanı ölən ananın yaxınları: "Xəstəxanada mikrob keçib" - VİDEO
Bizi izləyin

Hadisə

Doğuş zamanı ölən ananın yaxınları: "Xəstəxanada mikrob keçib" - VİDEO

Yeni uşaq dünyaya gətirən Qazax rayon sakini Bakıda dünyasını dəyişib.

Qazaxda ana ölümü qeydə alınıb. İkinci övladını dünyaya gətirən 28 yaşlı Təranə Əsgərova doğuşdan sonra vəfat edib. Yaxınlarının bildirdiyinə görə, övladını qeysəriyyə üsulu ilə dünyaya gətirən qadın həkim səhlənkarlığının qurbanı olub. Əməliyyatdan sonra vəziyyəti ağırlaşan gənc ana paytaxt xəstəxanalarından birinə göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Razim Qurbanov - mərhumun əmisi: "Qardaşımın qızını Qazaxda qeysəriyyə əməliyyatına götürüb, uşağı xilas ediblər. Ancaq əməliyyat nəticəsində xəstə qıza mikrob keçib. Uzun müalicədən heç bir nəticə alınmadığına görə xəstə Bakıya yola salınıb".

Qətibə Mustafayeva - həkim: "Əməliyyatın 5-ci günündə xəstənin bədənində səpkilər əmələ gəldi, temperatur yüksəldi. Xəstə üçün Bakı şəhərindən konsultant dəvət olundu. Təkrar müayinə olunan xəstə Bakıya göndərildi".

Fakt araşdırılır. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm