Hadisə
Bakıda dəhşətli intihar: özünü evin damında yandırıb öldü - FOTO

Dünən Bakıda intihar hadisəsi baş verib. Binəqədi sakini yaşadığı evin damında üstünə benzin tökərək özünü yandırıb.
Binəqədi rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, hadisə saat 13 radələrində M.Məmmədxan küçəsi 74 ünvanında qeydə alınıb.
1988-ci il təvəllüdlü Ələkbər Zahid oğlu Məmmədov onun qanunsuz ev tikməsi ilə bağlı məhkəmə qərarına etirazını bu cür bildirib. Məlumata görə, onun ev tikdiyi ərazi başqasına məxsusdur.
Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyətinin evi sökmək üçün ağır texnika ilə əraziyə gələn nümayəndələri də hadisə yerində olublar. Ə.Məmmədov müxtəlif yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb.

-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI
-
Cənubi Qafqaz14 Avqust 22:31
İrəvan metrosuna bomba qoyulması xəbəri YALAN ÇIXIDI - YENİLƏNDİ
-
Region14 Avqust 21:31
ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı DİŞLƏYİB ÖLDÜRDÜ - FOTO
-
Avropa14 Avqust 21:00
Ukraynadakı münaqişənin iki HƏLL VARİANTI: hansı seçilməlidir?