• USD 1,7000 0,00% EUR 1,8876 0,00%
    • GBP 2,0559 0,00% RUB 0,0257 0,00%

Quba manyakı sakinləri qorxuya salıb: Evlərə daş atır, oğurluq edir - VİDEO

  • Hadisə
  • 10 Oktyabr 2015 19:21
  • 1 359 Baxış
Quba manyakı sakinləri qorxuya salıb: Evlərə daş atır, oğurluq edir - VİDEO

Quba rayonunun Hacıhüseynli kənd sakinləri qəribə hadisə ilə üz-üzə qalıb. Gecə saatlarında naməlum şəxs yaşayış evlərinə daş atır. Kənd sakinləri nə qədər cəhd göstərsələr də, nə həmin şəxsi tanıya, nə də tuta biliblər. Hadisə kənddə bir neçə dəfə təkrarlanıb. Kənd sakinləri bildirir ki, evləri daşa tutan şəxsi bir dəfə görsələr də, o qaça bilib və qəbiristanlığında gözdən itib.

Evləri daşlamaqla yanaşı, naməlum şəxsin kənddə xırda oğurluqlar törətdiyi də bildirir.

Ayxanım Səfərova - kənd sakini: "Qapımız açıq idi, gördüm ki, kartofları, kompotları oğurlayıblar".

Dadaşbala Aslanov - kənd sakini: "Oğlum həyətdə telefonla danışarkən topuğuna daş dəyib, ətrafa baxıb ki, heç kim yoxdur. Sonra da qonşuların damlarına daş atmağa başlayıb. Elə bil idmançıdır, səkilərin üstü ilə tullana-tullana gedir. Qarapaltarlı, hündürboy bir adamdır. Elə sürətlə qaçır ki, tutmaq olmur".

Telman Aslanov - kənd sakini: "Daşı atıb gözdən itir. Bir həftə qabaq səhər tezdən qapını təpikləyib qaçıb".

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Quba rayon Polis Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb və müvafiq tədbirlər görülür (Region TV).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR