Azərbaycan təyyarəsinin enişi zamanı qəza oldu - Yaralanan var
Bizi izləyin

Hadisə

Azərbaycan təyyarəsinin enişi zamanı qəza oldu - Yaralanan var

Türkiyədə Azərbaycan Hava Yollarına məxsus təyyarənin enişi zamanı qəza baş verib.


BAKU.WS-in məlumatına görə, Bakıdan gələn "J2-079" səfər saylı təyyarə Atatürk Hava limanına yerli vaxtla saat 18:40-da eniş edib.

Təyyarə daha sonra Daxili Xətlər Terminalındakı parkinq ərazisinə yönəlib.

Bu zaman təyyarəni əlindəki çubuqla istiqamətləndirən Kenan Ecer adlı işçi qəzaya düşüb.

Onun əlindəki işıqları görməyən mikroavtobus Eceri vurub. Qəzada Kenan Ecer başından və ayağından yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım Ecerə ilk tibbi yardımı göstərib.

Yaralı işçi yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Ecerin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm