Yolu keçmək istəyən 3 nəfəri maşın vurdu - GƏNCƏDƏ
Bizi izləyin

Hadisə

Yolu keçmək istəyən 3 nəfəri maşın vurdu - GƏNCƏDƏ

Gəncədə yolu keçmək istəyən 3 nəfəri maşın vurub.

Kəpəz TV (Region TV) verilən məlumata görə, hadisə Gəncə şəhər Dəmiryol vağzalı yaxınlığında qeydə alınıb.

Ərazidə yerləşən marketlərdən birindən çıxaraq yolu keçmək istəyən şəhər sakinləri 25 yaşlı Eşqin Məmmədov, onun bacısı, 28 yaşlı Aytən Məmmədova və daha bir nəfəri, 21 yaşlı Fəqanə Əlibəyovanı maşın vurub.

Nəticədə, hər üç şəxs bədənin müxtəlif nahiyələrinin xəsarətləri ilə Gəncə şəhər TTYX-ya çatdırılıblar. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən hər 3 yaralının vəziyyətinin orta ağır olduğu bildirir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm