İmişlidə ağır qəza: 1 ölü, 4 yaralı
Bizi izləyin

Hadisə

İmişlidə ağır qəza: 1 ölü, 4 yaralı

İmişlidə 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, qəza bu gün saat 16 radələrində rayonun Qaradonlu kəndinin ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "VAZ-21015" markalı maşının toqquşması nəticəsində rayonun Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Əlizamin Təbiət oğlu Abayev hadisə yerindəcə keçinib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm