• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Sxodka”ya basqın: “Yunus Yasamalski” həbs olundu - VİDEO

  • Hadisə
  • 14 Oktyabr 2015 16:02
  • 1 920 Baxış
“Sxodka”ya basqın: “Yunus Yasamalski” həbs olundu - VİDEO

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları paytaxt Moskvada yerləşən restoranların birində kriminal avtoritetlərin "sxodka"sına basqın edib.

Teleqraf.com xəbər verir ki, nazirlikdən verilən məlumatda dəstənin 50 üzvünün saxlanıldığı bildirilib. Saxlanılanlar arasında kriminal aləmdə "Yunus Yasamalski" ləqəbi ilə tanınan 54 yaşlı azərbaycanlı Yunus Nəzərov saxlanılıb.

İstintaqın məlumatına görə, avtoritetlər cəzasını çəkib bitirən şəxslərin maliyyələşdirilməsi və pul vəsaitlərinin yenidən bölüşdürülməsi məsələlərini müzakirə etmək üçün toplaşıblar.

Hazırda saxlanılan şəxslərin müxtəlif cinayətlərlə əlaqəsi araşdırılır. Yaxalanan "vor zakonlar" dindirilmə zamanı Y.Nəzərovun doğum gününü qeyd etdiklərini deyiblər.

Məlumatlarda bildirilir ki, son vaxtlar Y.Nəzərov Rusiya polisinin nəzərindən yayına bilib. O, sonuncu dəfə 2003-cü ilin mayında miqrasiya qaydalarını pozduğuna görə saxlanılıb.

Bununla yanaşı, Nəzərov ən qocaman avtoritetlərdən sayılır. Onun "tacqoyma" mərasimi 1984-cü ildə olub. Ömrünün 20 ilini həbsxanada keçirən Y.Nəzərov "Ded Xasan"ın klanına daxil olub.

Polisdən verilən məlumatlara görə, hazırda Nəzərova qarşı heç bir ittiham irəli sürülməyib. Onun yaxın vaxtlarda Azərbaycana deportasiya edilməsi gözlənilir.

Yunus Nəzərov dindirilmə zamanı Rusiyaya 3-4 ay bundan əvvəl müalicə üçün gəldiyini deyib. O, birinci qrup əlildir. 2008-ci ildə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Y.Nəzərova qarşı sui-qəsd törədilib. Nəzərov yatan zaman məhkumlardan biri çəkiclə onun üzərinə hücum edib. Aldığı xəsarətlər nəticəsində Nəzərov əlil olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR