Küçədə naməlum kişi meyiti tapıldı
Bizi izləyin

Hadisə

Küçədə naməlum kişi meyiti tapıldı

Bu gün səhər saatlarında Sumqayıt şəhəri Heydər Əliyev prospektində naməlum kişi meyiti tapılıb.

Publika.az xəbər verir ki, həmin şəxs sağ qolaltı nahiyəsindən bıçaqla vurulub.

Sumqayıt Təcili tibbi yardım stansiyasının baş həkimi Arif Yusifov Publika.az-a açıqlamasında bu barədə onlara məlumat daxil olduğunu deyib.

“Küçədə naməlum kişi meyitinin tapılması ilə bağlı bizə məlumat daxil olub. Dərhal briqadalarımız hadisə yerinə gedib. Həmin şəxsin şəxsiyyəti müəyyən edilməyib. Sadəcə orta yaşlı kişi olduğunu bilirik. Əraziyə cinayət axtarış qrupu gəlib. Meyit ekspertizaya göndərilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm