Lənkəranda evləri su basdı, 5 ailə xilas olundu
Bizi izləyin

Hadisə

Lənkəranda evləri su basdı, 5 ailə xilas olundu

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran rayonunda baş verən subasma ilə bağlı məlumat yayıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunub. Əməliyyat saat 03:32 də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm