Ermənilər Tovuzda 2 nəfəri yaraladı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Ermənilər Tovuzda 2 nəfəri yaraladı - FOTO/VİDEO

Düşmənin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində 2 dinc sakin yaralandı.

TTV (Region TV) xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində iki dinc sakin yaralanıb. Kənd sakini Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulub.

Düşmən silahından açılan atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov ağır qəlpə yarası alıb. Sol ayağından ağır xəsarət alan Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb.

Digər mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb. Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm