MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə çatdı
Bizi izləyin

Hadisə

MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə çatdı

Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən yüksək rütbəli zabitlərinin sayı 12 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, həmin şəxslərin barəsində həbs qərarı Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə həmin şəxslərin işinə hissə-hissə baxıb və qərar çıxarıb. Qərarla onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

MTN-nin həbs olunan əməkdaşlarının barəsində keçirilən proseslər qapalı olub. Prosesə Vəkillər Kollegiyasının 14 və 3 saylı hüquq məsləhətxanalarının vəkilləri dəvət edilib.


Qeyd edək ki, MTN-nin vəzifəli şəxslərinin cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Onlar Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilib.

Qeyd edək ki, barələrində cinayət işi başlananlar MTN-in əməkdaşı Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı general-mayor Natəvan Məmmədova, polkovnik Füzuli Ələsgərzadə və digər şəxslərdir.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bura sahibkarlardan “haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-in səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm