Sürücünü döyüb xəsarət yetirən sərnişin tutuldu
Bizi izləyin

Hadisə

Sürücünü döyüb xəsarət yetirən sərnişin tutuldu

Oktyabrın 19-da Sumqayıt şəhərində Namiq Yağnəliyevin 9 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobus Sülh küçəsində hərəkətdə olarkən sərnişini, şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımov münaqişə zəminində döyərək onun çanaq sümüyünü sındırıb və bıçaqla xəsarət yetirib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Qasımov tutulub.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm