Boğazında nar dənəsi qalan 7 aylıq körpə öldü
Bizi izləyin

Hadisə

Boğazında nar dənəsi qalan 7 aylıq körpə öldü

Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.

Körpənin dayısı Nurulla Muradovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparsalar da, onlara uşağı Şəki Mərkəzi Rayon Xəstəxanasına aparmağı məsləhət görüblər.

Lakin Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşağı həkim nəzarəti olmadan Şəki MRX-ya aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Uşaq Bakıya gətirilərkən yolda keçinib.

Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.

Zaqatala MRX-dan fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm