Bakının məşhur otelində ara qarışdı - əcnəbi ər arvadını döydü
Bizi izləyin

Hadisə

Bakının məşhur otelində ara qarışdı - əcnəbi ər arvadını döydü

Bakıda məşhur otellərdən birində ilginc hadisə baş verib. Belə ki, xarici ölkə vətəndaşları olan ər-arvad arasında dava olub.

Musavat.com xəbər verir ki, hadisə Bakının ən bahalı otellərindən olan "Hyatt Regency"də baş verib.

Otelin 37-ci otağında qalan Malayziya vətəndaşı, 1965-ci il təvəllüdlü Nasir Taib Zəki İsgəndər ailə-məişət zəminində arvadını - İrlandiya vətəndaşı olan 1961-ci il təvəllüdlü Nasir Taib Karen Anneni döyüb.

Ər-arvadın davası oteldə böyük səs-küyə səbəb olub. Otel əməkdaşları hadisə ilə bağlı polisə məlumat veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm