Hadisə
Şəkidə qəbirdə qızıl axtaranlar tutuldu - VİDEO
Şəki polisinin əməkdaşları Baş Göynük kəndi ərazisində qədim qəbirləri dağıdan şəxsləri saxlayıb. Məlum olub ki, saxlanılan şəxslər qızıl axtarmaq məqsədi ilə qəbiri dağıdıb.
Publika.az Region TV-yə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 oktyabr tarixində gecə saat 02:00 radələrində Şəki rayonu Baş Göynük kəndinin Duluz məhəlləsi ərazisində yerləşən qəbiristanlıqda 1827- ci ilə aid Hacı Abdurəhim adlı şəxsin qəbirinin dağıdılması aşkar olunub. Belə ki, Şəkinin Baş Göynük kənd sakinləri İsmayılov Məmməd Həmid oğlu və onun həmkəndlisi Abdurrahmanov Çingiz Abdurrahman oğlu adı çəkilən qəbiristanlıqda qədim günbəz formalı qəbir daşının ətrafında daşları dağıdıb, qəbir üzərində təhqiredici hərəkətlər edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər dindirilmə zamanı qəbirin dağıdılması sualına isə maraqlı cavab veriblər. Həmçinin onlar əməllərindən peşman olduqlarını bildiriblər: "4-5 dəqiqə ərzində tutdular bizi. Şübhələnmişdik, elə bildik ki, orada qızıl var. Peşiman olmuşuq".
Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırmalar davam etdirilir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK