“Aztelekom” direktorunun oğlu qəza törətdi: 1 ölü - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

“Aztelekom” direktorunun oğlu qəza törətdi: 1 ölü - VİDEO (YENİLƏNİB)

Dünən Kiyev şəhərinin Borispol prospektində Azərbaycan vətəndaşı, Ukraynada təhsil alan Araz Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobil qəzaya uğrayıb.

Publika.az “dtp.kiev.ua” saytına istinadən xəbər verir ki, avtomobil qəza vəziyyəti yaradaraq yoldan çıxıb və yolun kənarındakı maneəyə çırpılıb.

Şahidlər sürücünü və yanındakı qızı avtomobildən çıxarıblar. Şahidlərin sözlərinə görə, qızda həyat əlamətləri yox idi. Araz Məmmədov isə ağır vəziyyətdə olub. Onun vəziyyətinin hazırda da ağır olduğu bildirilir. Avtomobil isə sonradan alışaraq yanmağa başlayıb.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Araz “Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğludur. Ölən qız isə Arazın xalası qızıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm